412-ci Ada (Hekayə)

412-ci Ada
412-ci Ada

Bədirlənmiş Ayın ışıqlandırdığı Egeyin sakit və qaranlıq sularında kiçik bir qayığın içində 4 nəfər idilər. İki yetkin, iki uşaq. İki qadın, iki oğlan. Hələbin kasıb məhəllələrindəki evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Halhazırda tək hədəfləri Avropaya çatıb yeni bir həyat qurmaq idi.

Bir ay öncə Qaziantepdən İzmirə gələndə ilk dəfə dəniz görmüşdülər. O an, dənizin möhtəşəm maviliyinə heyran qalmışdılar. İndi isə əllərində kürəklər, köhnə bir qayığın içərisində Egeyi keçməyə çalışırdılar. Ucu bucağı olmayan qaranlıq onları qorxudmaqda idi. Dalğalara tab gətirə bilməyən qayıq, yüksəlib alçalır, yavaş-yavaş irəliləyirdi. Qarşıdakı sahilin ışıqları görünürdü. O ışıqlar yeni bir yaşamın müjdəsi idi. İnsani bir yaşamın…

Uşaqlar avar çəkib yorulmuşdular və dincəlirdilər. Bir problemin baş verdiyini ilk anlayan on yaşlı Həsən idi:

“Ana! Qayığın içinə su girir. Bax, bura tamam su olub.”

İki qadın kürəkləri yerə qoydular. Həsənin anası Fatma, əlləri ilə qayığın döşəməsini yoxladı. Qayığa olduqca çox su dolmuşdu.

“Qorxma oğlum, qayığa su girmir. Bu sular… Bu sular qayığa çırpılan dalğalar vasitəsilə içəriyə girib. İndi sən və xalanoğlu avar çəkməyi dayandırın. Sizə yeni və çox vacib bir tapşırıq verirəm; Bu vedrələri götürün və qayığın içindəki suyu boşaldın.”

“ ‘Baş üstə komandir!’ dedi iki uşaq. Əsgər salamı verdikdən sonra başladılar vedrələrlə suyu boşaldmağa .”

Fatma, qorxudan donub qalmış bacısının çiyninə toxundu və dedi:

“Ayşə, tez! Daha sürətli avar çəkməliyik. Vaxtımız yoxdur!”

Ayşənin qorxudan ürəyi ağzına gəlmişdi. Yola başlayanda qorxduqları şey olmuşdu; qayığa su dolurdu.

Uşaqların kiçik vedrələrlə suyu boşaldmaları çox da işə yaramırdı. Qayıq su ilə dolmağa davam edirdi. Qorxularını uşaqlardan gizlədməyə çalışan iki qadın dayanmadan avar çəkirdilər. Amma qarşıdakı sahilin ışıqları hələ də çox uzaqda idi.

Yarım saat sonra qadınlar da kürəkləri yerə qoymalı oldular və uşaqlara kömək etməyə başladılar. Amma qayığın batmağına maneə ola bilmədilər.

Qayıq yavaş-yavaş qaranlıq sulara qərq olarkən Həsən ağlamağa və qışqırmağa başladı:

“Dayanın! Dayanın! Boğuluram. Oyun bitsin, dayanın, Oyunu dayandırın! Xahiş edirəm, dayanın!”

 

*

Oyun dayanan kimi Həsən, başındakı virtual reallıq cihazını çıxardı. Qorxudan tərləmişdi. Qapqara gözləri gözyaşları ilə dolmuşdu. Müəllimi onu sakitləşdirməyə çalışdı:

“Həsən, oyun bitdi. Rahat ol. Dərin nəfəs al. Sakitləş. Hər şey yolundadır.”

Almanyanın Berlin şəhərində bütün dördüncü sinif şagirdləri Tarix Müzeyinin Virtual Reallıq Mərkəzində idilər. Hamısı “Tarix Həftəsi” üçün ata-babalarının yaşadığı önəmli bir anı təkrar yaşayacaq və sonra da bunun ilə bağlı inşa yazacaqdılar.

Həsən də adını ondan aldığı babasının əlli il öncə Türkiyədən Yunanıstana etdiyi çətin səfərin təkrarını yaşamışdı. Babasının danışdıqları nəticəsində yaradılan virtual reallığı təcrübə etmişdi.

Babası o səfərdən sağ çıxan tək insan idi. Yunan sahil təhlükəsizlik komandası onun babasını son anda görmüş və xilas etmişdi.

Babasının anası, xalası və xalası oğlu o gecə Egeyin dərin sularında boğulmuşdular. Cəsədləri də sonrakı gün İzmirin sahilində tapılmışdı və sonra da Doğançay Məzarlığının “Kimsəsizlər Qəbirstanlığı” adı verilən 412-ci adasında dəfn edilmişdilər. Bunu Həsən də, babası da bilmirdi.

Hələ də gördüyü şeylərin təsirindən çıxa bilməyən Həsən, virtual reallıq otağından çıxanda, sinif yoldaşı İsaq növbədə gözləyirdi.

“İçəri girə bilərsən”- dedi dostuna, çətinliklə gülümsəyərək.

İsaq təmkinli halda içəri girdi. O da babasının yaşadığı bir anı yenidən yaşayacaqdı. Nasist düşərgələrində həyatda qalmağı bacaran ulu babasının yaşadıqlarını.

 

Çeviren: futurist.az ekibi


Saytdakı digər hekayələri oxumaq üçün klikləyin: Öyküler